Dünya

Yaponiyada onlarla aviareys ləğv edilib - SƏBƏB

29 Sentyabr 2019 18:48
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü "Mitoq" qasırğasının yaxınlaşması ilə əlaqədar aviaşirkətlər bazar ertəsi üçün nəzərdə tutulmuş reysləri ləğv etməyə başlayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, artıq 38 aviareysin ləğv edildiyi elan olunub.

Ləğv edilən aivareyslərin sayı qasırğa yaxınlaşdıqca daha da artacaq. "Mitoq" qasırğasının oktyabrın 1-də Okinava da daxil olmaqla, Yaponiyanın qərb sahillərini vuracağı, sonra Koreya yarımadası istiqamətində hərəkət edəcəyi gözlənilir.  Daha sonra isə qasırğanın istiqamətini dəyişdirəcəyi və Yaponiyanın Xonsyu adasını vuracağı gözlənilir.

Hazırda qasırğa Okinavadan cənub-qərbdədir. Qasırğanın mərkəzində təzyiq 975 hektopaskal, küləyin sürəti saniyədə 35 metr təşkil edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.