Dünya

Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə - 143 hərbçi xəstəxanalara çatdırıldı

29 Sentyabr 2019 11:49
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Sakarya Vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sakarya Valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.