Dünya

Bu ölkədə güclü zəlzələ: 6,4 bal

29 Sentyabr 2019 09:39
0 Şərh     Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü Filippinin cənubundakı "Mindanao" adası yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə saat 10:03-də yeraltı təkanları qeydə alan Hong Kong rəsədxanasının seysmoloji şəbəkəsi məlumat verib. Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi daha əvvəl ərazidə 6,2 bal gücündə zəlzələ olduğunu bildirmişdi.

Hong Kong rəsədxanasının seysmoloji şəbəkəsinin məlumatına görə, sarsıtınların episentri təxminən 1.6 milyon nəfər əhalisi olan Davao liman şəhərindən 210 km cənub-şərqdə olub. Xülasədə baş verən hadisənin dərinliyi verilmir. Avropalı seysmoloqların hesablamalarına görə, zəlzələnin mərkəzi 100 km dərinlikdə yerləşirdir.

Bu vaxta qədər itkilər və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.