Dünya

Ermənistanda Köçəryanın tərəfdarı saxlanıldılar

28 Sentyabr 2019 17:20
1 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarlarından olan Narek Mutafyan saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o, keçmiş dövlət başçısına qarşı cinayət işinin icraatını aparan İrəvan Ümumi Məhkəməsinin hakimi Anna Danibekyana qarşı hörmətsizlikdə ittiham edilir.

Ermənistan Polisinin Mətbuat xidmətinin açıqlamasına görə, hakimin təzyiqlərə məruz qalmasına dair ötən gecə yayılan məlumatlardan sonra müvafiq maddə ilə cinayət işi başlanılaraq Narek Mutafyan şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də hakim Anna Danibekyan R.Köçəryanın azadlığa buraxılması barədə vəsatəti rədd etmişdi.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazir müavini Armen Gevorkiyanın konstitusiya quruluşunu devirmək ittihamı ilə cəlb edildiyi 2008-ci ilin mart hadisələrinə dair cinayət işi sentyabrın 12-dən İrəvan Ümumi Məhkəməsində istintaq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.