Dünya

"Çarşab qadağası götürüləcək"

28 Sentyabr 2019 15:36
0 Şərh     Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında Turizm Komisiyasının rəhbəri Əhməd əl Katib ölkəyə gələn xarici ölkə vətəndaşı olan qadınlara tətbiq edilən çarşab geymək məcburiyyətinin aradan qaldırıldığını bildirdi.

Milli.Az bildirir ki, musavat.com bu barədə xarici mediaya istinadən məlumat verir.

Məsələ ilə bağlı "Bloomberg"ə açıqlama verən əl Katib son illərdə ölkəsinin bir çox dəyişikliklərə səhnə olduğunu bildirdi.

"Düşündük ki, ölkəmizə səyahət edən xarici ölkə vətandaşı olan qadınların örtünmələrinə bir o qədər də ehtiyac yoxdur. Lakin sadə geyinmələrinə də nəzarət ediləcək. Bu barədə ölkəmizə səfər edən hər bir turist məlumatlandırılacaq".

Bir gün Səudiyyə Ərəbistanı vətəndaşı olan qadınlara da bu imkanının tanınınb-tanınmayacağı ilə bağlı verilən suala əl Katib belə cavab verib: "İndiyədək bununla bağlı bir məsələni müzakirə etməmişik, çünki bu heç bir zaman bizim üçün problem olmayıb. Bu bizim mədəniyyətimizin bir parçasıdır".

Xatırladaq ki, Səudiyyə Ərəbistanı son bir neçə ildə qadınlara tətbiq etdikləri bir çox qadağaları ləğv edib.

Qadınların maşın sürməsi, kişilərlə birlikdə teatra və konsertlərə girmələri ilə bağlı qadağaların aradan qaldırılmasını tənqid edənlərə əl Katib belə cavab verib:

"Əgər eyni fikirdə deyilsinizsə, siz qadağalara əməl etməyi davam etdirə bilərsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.