Dünya

Türkiyə üçün qorxunc proqnoz - Qarşıda böyük zəlzələ gözlənilir

27 Sentyabr 2019 21:14
2 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun rəhbəri Haluk Özənər İstanbulda baş verən zəlzələlər ilə bağlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən bildirir ki, Özənər seysmik titrəyişlərin sona doğru yaxınlaşdığını deyib.

"İstanbulda ən böyük zəlzələnin qarşıda olacağı gözlənilir. Lakin bu zəlzələnin nə zaman baş verəcəyi, harada olduğu barədə təsəvvürümüz yoxdur. 1999-cu ildə Mərmərədə baş verən zəlzələni düşündüyümüzdə növbəti zəlzələnin də burada baş verəcəyi ehtimal olunur. Getdikcə sona yaxınlaşdığımızı düşünürəm, amma dəqiq zaman demək mümkün deyil. Bu zəlzələ 7 baldan güclü olacaq. Aktivliyin ana seysmik xəttə yaxınlaşdığını görürük. Bu səbəbdən bu boyda zəlzələnin baş verməsi qətidir", - Özənər bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.