Dünya

İNTİHAR STATUSU yazan qız özünü qaz borusundan asdı - VİDEO

27 Sentyabr 2019 17:52
0 Şərh     Baxış: 2 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Kadıköy ərazisində gənc bir qadının sosial şəbəkə hesabından intihar edəcəyi xəbərdarlığını alan polis əməkdaşları göstərilən ünvana gələrək qapını qırıblar.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, içəri girən bir polis, 27 yaşlı Derya Y.-ni qaz borusundan asılı vəziyyətdə görüb. Dərhal onun boynundan kəndiri çıxaran polis ürək masajı edərək Dəryanın həyatını xilas edib.

Özünə qəsd etmək istəyən qız hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu deyilir.

Dəryanın rəfiqəsi Suat Yaşar "Rəfiqələrimizlə birgə Whatsapp-da statusunda gördük. Ondan sonra qapılarına getdik, qapını aça bilmədik. Polislərə xəbər verdik. Polislər gəldi, sağ olsunlar, qapını qıraraq içəri girdilər. Hazırda reanimasiyadadır İnşallah yaxşı olar" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.