Dünya

Fransa səfirliyində bayraqlar endirilib, xatirə kitabı açılacaq

27 Sentyabr 2019 12:51
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın sabiq Prezideti Jak Şirakın vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Matəmlə əlaqədar bu gun səfirlikdə xatirə kitabı da açılacaq.

Qeyd edək ki, Fransanın sabiq Prezidenti Jak Şirak dünən 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makrona başsağlığı məktubu ünvanlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.