Dünya

Britaniya tankeri İran limanını tərk edib

27 Sentyabr 2019 09:14
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 19-da Hörmüz Boğazında İran tərəfindən tutulan neft tankeri Stena Impero, İranın Bəndər Abbas limanını tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tanker Səudiyyə Ərəbistanının Cubail limanından Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəşid limanına istigamətini dəyişib.

Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib.

Xatırladaq ki, iyulun 19-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlamışdır. Bildirilmişdir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.