Dünya

Hindistanda sel 11 nəfəri öldürdü

26 Sentyabr 2019 12:44
0 Şərh     Baxış: 1 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Puna şəhərində artıq bir neçə gündür yağan aramsız musson yağışları fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Maxaraştra ştatında 11 nəfər təbii fəlakətin qurbanı olub. Bəzilərinin taleyi isə hələ də məlum deyil.

Ştatın baş naziri Davendra Fadnevisin sözlərinə görə, hazırda fəsadların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib.

Ölənlərin bəzilərinin selin yuduğu divarların uçulması nəticəsində dağıntılar altında qaldığı, bəzilərinin isə sel sularına qərq olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.