Dünya

Ögey qızlarını zorlayıb öldürən ata edam edildi - FOTO

26 Sentyabr 2019 12:25
0 Şərh     Baxış: 3 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da daha bir məhkum edam edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, həyat yoldaşını və iki ögey qızını öldürən Robert Sparks 45 yaşında ölüm hökmü ilə cəzalandırılıb.

Texas məhkəməsinin qərarı ilə Robert Sparks axşam saat 7-yə 21 dəqiqə qalmış edam edilib. O, ölümcül inyeksiya ilə edam olunub.

Son sözlərini söyləyərkən peşman olduğunu dilə gətirib.

Qeyd edək ki, R.Sparks 2007-ci ildə xanımını öldürdükdən sonra ögey qızlarını zorlayıb, sonra da bıçaqlayıb. O, qızlarını zorlamazdan əvvəl iki ögey azyaşlı oğullarını da qətlə yetirib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.