Dünya

Kolumbiyada universitetdə partlayış: 5 nəfər yaralandı

26 Sentyabr 2019 09:09
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın paytaxtı Boqotada yerləşən universitetdə partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.

Məlumata əsasən, partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

Hadisə günün ikinci yarısında Boqotanın şimalında yerləşən pedaqoji universitetdə baş verib.

Şəhər hakimiyyəti və universitet rəhbərliyi istintaqa başlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb əldəqayırma partlayıcı qurğunun işə düşməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.