Dünya

İrandan İngiltərəyə xəbərdarlıq: Satışa son ver!

23 Sentyabr 2019 21:45
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə İrana qarşı çıxmaqdansa, Səudiyyə Ərəbistanına silah satışına son versin.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

Musəvi qeyd edib ki, İngiltərə ölümcül silah satışına son verməlidir:

"Bu, eyni zamanda, dünyadakı bir çox xalqın da tələbidir. İngiltərə bu şəkildə Yəmən xalqına qarşı törədilən cinayətdən yaxa qurtara bilər".

Qeyd edək ki, bu gün İngiltərə Baş naziri Boris Conson "Aramko"ya təşkil edilən hücumdan İranın böyük ehtimalla məsuliyyət daşıdığını bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.