Dünya

Vanetsyan Paşinyanı darmadağın etdi - Cavab

23 Sentyabr 2019 20:49
0 Şərh     Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyan mənim istefamdan sonra yanıma müxtəlif adamları göndərərək bir müddətlik susmağımı xahiş edib, amma görürəm ki, o, növbəti dəfə razılaşmaları pozub, populist bəyanatlar verir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Qraparak" qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

"Aydındır ki, Paşinyan öz sözlərinin nəticələri haqqında düşünmür, yalnız insanlara anlıq təsiri fikirləşir. Təsəvvür edin ki, mən nəticələrini düşünmədən danışmağa başlayıram. Cəmiyyəti "kim bizlə deyilsə, o satqındır" fikrini irəli sürərək, nə vaxta qədər fikir ayrılığına salmaq olar? Əgər kimsə Paşinyanla razı deyilsə, o, keçmişdəkilərin sifarişi ilə hərəkət edir. Demişəm və təkrar edirəm ki, məni keçmişdəkilərlə əlaqələndirməyə cəhd etməyin. Xatırladıram ki, sülh dönəmində Ermənistan baş naziri ali baş komandan deyil. Mənim bəyanatımı oxuyanlar nə dediyimi anlayıblar. Mən əminliklə deyirəm ki, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək. İnanıram ki, xalq manipulyasiyaya getməyəcək", - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan Los-Ancelesdə jurnalistlərə açıqlamasında Vanetsyanın bəyanatını Ali Baş Komandana (yəni özünə - red.) hörmətsizlik kimi dəyərləndirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.