Dünya

Britaniya şirkəti çökdü: Türkiyə nə qədər ziyana düşəcək?

23 Sentyabr 2019 20:39
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın "Tomas Kuk" turoperatorunun fəaliyyətini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turistin gəlişinə çətinlik yaradacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Röyter"ə müsahibəsində Türkiyə Otelçilər Federasiyasının sədri Osman Ayık deyib.

"Hazırda Türkiyəyə "Tomas Kuk"un hesabına Britaniya və digər Avropa ölkələrindən 45 min turist gəlib. Bu şirkətin işini dayandırması Türkiyəyə illik 600-700 min nəfər turist axınını azaldacaq. Britaniya şirkətinin elə də böyük olmayan otellərə 100-200 min funt sterlinq həcmində borcu var", - deyə o bildirib.

Qeyd edək ki, "Tomas Kuk" fəaliyyətini dayandırdığını açıqlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.