Dünya

"Ded"lər Paşinyanın oğlunu döyür

23 Sentyabr 2019 22:35
1 Şərh     Baxış: 3 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan qulluq etdiyi hərbi hissədə "tarix"ə düşüb.

Milli.Az Ordu.az-a istinadən xəbər verir ki, Aşot Paşinyan atasının Ermənistanda "nizam-intizam" yaratdığı kimi onun da qulluq etdiyi hərbi hissədə nizam-intizam yaratmağa borclu olduğunu düşünüb.

Məlumatlara görə, o, hərbçilərə, hətta zabit heyətinə belə "ağıl" öyrətməyə başlayıb. Aşot "əla" əsgərlər haqqında hərbi hissə rəhbərliyinə məlumat verib.

Bir sözlə, yazılmamış qanunları pozub, nəticədə isə xidmət yoldaşlarının qəzəbinə tuş gəlib. Onlardan biri Aşot Paşinyanı döyüb.

Bununla yanaşı, Aşot Paşinyanla yazıçı-publisist Zori Balayanın nəvəsi arasında (eyni hərbi hissədə qulluq edirlər) mübahisə olub.

Zori Balayan, nəvəsi ilə Paşinyanın oğlunun eyni hərbi hissədə qulluq etdiyini təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.