Dünya

Toya gələn qonaqlar güllələndi - 40 ölü və çox sayda yaralı var - FOTO

23 Sentyabr 2019 16:24
1 Şərh     Baxış: 4 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Hilmənd vilayətində Taliban silahlılarına qarşı təşkil edilən antiterror əməliyyatları zamanı azı 40 nəfər dinc sakin həyatını itirib.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları terrorçuları zərərsizləşdirmək üçün onların gizləndiyi evə basqın təşkil edib.

Əməliyyatlar zamanı tərəflər arasında şiddətli toqquşma baş verib. Həmin vaxt yaxınlıqdakı evdə toy mərasimi keçirilirmiş və güllələr məclisə toplaşan qonaqlara da tuş gəlib. Nəticədə tələfat qaçılmaz olub. 15-ə qədər yaralı var. Rəsmi mənbələrin məlumatına görə, onların hamısı təhlükəsizlik əməkdaşlarının açdığı atəş nəticəsində ölüb və yaralanıb.

Terrorçuların itkiləri 20-dən çoxdur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.