Dünya

ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir - Sorğu

23 Sentyabr 2019 12:13
1 Şərh     Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu "Araştırma Değerlendirme Analiz" mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların 2,9 faizi ABŞ-ı dost olaraq görür.

Bundan başqa, respondentlərin 95,4 faizi Ermənistanı Türkiyənin ikinci ən böyük düşməni hesab edir. 0,2 faiz respondent Ermənistanı dost olaraq qəbul edir.

Eyni zamanda, sorğuda iştirak edənlərin 83 faizi Azərbaycanı Türkiyənin ən yaxın dostu və etibarlı tərəfdaşı hesab edir. Digər 17 faiz isə cavab verməyib.

Respondentlərin 71 faizi Rusiyanı düşmən, 16,3 faizi isə dost olaraq görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.