Dünya

Cənubi Koreyadan ABŞ və KXDR-a çağırış

23 Sentyabr 2019 09:25
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Şimali Koreya işçi səviyyəsində qarşıdakı danışıqlarda denuklearizasiya üçün bir yol xəritəsi hazırlamalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bazar ertəsi Koreya Respublikasının xarici işlər naziri Kan Kyun-hva Nyu-Yorkda keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, Pxenyan ilk növbədə Vaşinqtondan təhlükəsizlik zəmanəti almağa çalışır və eyni zamanda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirmək istəyir.

Kan Kyun-hva sentyabrın 22-də Nyu Yorkda, BMT-nın Baş Assambleyasında iştirak edəcək və çərşənbə axşamı ABŞ lideri Donald Tramp ilə görüşəcək ondan başqa Koreya Respublikasının Prezidenti Moon Jae ilə də görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.