Dünya

Rusiya yenə Olimpiya oyunlarından kənarlaşdırıla bilər

22 Sentyabr 2019 15:49
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya gələn il Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya oyunlarına da buraxılamaya bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Böyük Britaniyanın "The Telegraph" qəzetinin verdiyi məlumata görə, bu, Moskva antidopinq laboratoriyasının (RUSADA) rus idmançılarla bağlı məlumatları saxtalaşdıraraq Ümumdünya antidopinq agentliyinə (WADA) göndərməsi ilə bağlıdır.

Agentlik hesab edir ki, Rusiya tərəfi son 18 ayla bağlı informasiyalarda manipulyasiyaya yol verərək idmançıların dopinqdən istifadə etmək hallarını gizlətmək istəyib.

Əslində ruslar məlumatları verməklə canlarını qurtaracaqlarını, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya oyunlarından sonra çıxan və Rusiya idmanına ağır zərbə vuran dopinq qalmaqalına son qoyulacağını düşünürdülər. Lakin əgər hüquq pozuntusu faktları sübuta yetirilsə yerli antidopinq agentliyi yenidən tamhüquqlu iştirakçı statusunu itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Almaniyanın ARD kanalının antidopinq araşdırmaları ilə məşğul olan iki jurnalisti, Hayo Zeppelt və Nik Batler də Moskva laboratoriyasının idmançıların göstəriciləri ilə "oynadığını" bildiriblər. Onların informasiyasına əsasən, bütün şübhələr WADA-nın İcriyyə komitəsində baxılacaq.

WADA bu ilin iyul ayından başlayaraq şübhəli sayılan 298 rusiyalı idmançıdan 578 dopinq testinin götürüldüyünü açıqlayıb. Əgər məlumatlarda uyğunsuzluqlar aşkar edilsə, Rusiya olimpiya komitəsi ən yaxşı halda öz bayrağı altında Olimpiadanın bütün yarışlarında təmsil olunmaqdan məhrum ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.