Dünya

Tehran Ər-Riyadı Yəməndəki müharibəyə son qoymağa çağırdı

22 Sentyabr 2019 15:16
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını Yəməndə insan itkisindən başqa heç nə gətirməyən müharibəyə son qoymağa çağırıb.

Milli.Az bildirir ki, APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr şənbə günü krallıqdakı neft obyektlərinə edilən hücumların Yəməndən deyil, İrandan olduğunu bildirib, bununla belə o, sübutlar gətirməyib.

"Başqalarına qarşı əsassız ittihamların əvəzinə Səudiyyə Ərəbistanı hökuməti Yəməndəki günahsız insanların öldürülməsindən və bu ölkənin məhv edilməsindən başqa bir şey gətirməyən dağıdıcı müharibəyə son qoymalıdır", - deyə İran XİN-in sözçüsü Abbas Musəvi qeyd edib.

O, Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranın iştirakı ilə bağlı səsləndirilən ittihamları bir daha rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.