Dünya

Ukrayna AŞPA-nın sessiyasında iştirakdən imtina etdi

21 Sentyabr 2019 18:42
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasında iştirak etməyəcək.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu Ukrayna Ali Radası Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Boqdan Yaremenko öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, AŞPA Ukraynanın maraqlarına "açıq şəkildə məhəl qoymur". B.Yaremenko əlavə edib ki, "bu təşkilatın öz prinsiplərini pozanlara cavab vermək üçün" onun ölkəsinin başqa yolu yoxdur.

Aydınlıq üçün xatırladaq ki, bu ilin iyun ayında AŞPA üç illik fasilədən sonra Rusiya nümayəndə heyətinin qurumda tam səlahiyyətlərini təsdiq edən qətnamə qəbul edib. Sözügedən qərar Ukrayna tərəfinin etirazına səbəb olub.

Komitə sədri onu da vurğulayıb ki, ukraynalı millət vəkilləri AŞPA-ya etimadın bərpası planı ilə bağlı Avropa Şurasına üzv dövlətlərin nümayəndələri ilə məsləhətləşmək niyyətindədirlər. "Əsas diqqət nümayəndə heyətimizin Avropa Şurasına üzv olan ölkələrlə AŞPA-ya etimadın bərpa edilməsi planına ayrılacaq. Bu qərar Ukrayna Parlamentinin əksər fraksiyaları tərəfindən dəstəklənib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.