Dünya

Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun

21 Sentyabr 2019 12:09
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. O hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:

"Mən istəmirəm ki, ətraf mühit plastik tullantılarla çirklənsin. Biz istəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz illərlə çürüyür. Biz istəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni çürüyə bilən materiallardan istifadə edilsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.