Dünya

Kredit borcuna görə bütün ailəsini qətlə yetirdi - VİDEO

21 Sentyabr 2019 13:59
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı dörd nəfər öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Arnavutköy rayonunda baş verib. Belə ki, 24 yaşlı Veysəl Aydın kredit borcu məsələsinə görə ailəsi ilə mübahisə edib.
 
Nəticədə o, 45 yaşlı ögey atası Qədir Açıqalını, 42 yaşlı anası Kader Aydını, 26 yaşlı qardaşı Sərkan Aydını odlu silahdan atəş açaraq öldürüb. Daha sonra 13 yaşlı bacısı Nazlıcan Aydını bıçaqla yaralayıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis qətli törədən Veysəl Aydını İzmit şəhərində saxlayıb, barəsində cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.