Dünya

19 bıçaq zərbəsi alan bloqer qan içində FOTOlarını paylaşdı

20 Sentyabr 2019 12:02
0 Şərh     Baxış: 3 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 19 yaşlı bloqer qısqanclıq zəminində bıçaqlanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Odessada yaşayan 19 yaşlı bloqer Olqa Burdeynaya Aleks adlı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb.

19 bıçaq zərbəsi vurulan bloqer ifadəsində yoldan keçənlərin onu xilas etdiyini söyləyib. O bildirib ki, sevgilisi onu qısqandığına görə bıçaqlayıb.

Adam öldürməyə cəhd maddəsi ilə saxlanılan Aleks şərti azadlığa buraxıldıqda Olqa buna etiraz etmək məqsədi ilə bıçaqlanmış halının fotolarını paylaşıb.

"Hər yerim ağrıyır və məyusluğumun həddi-hüdudu yoxdur. O, azadlığa buraxılıb və yenidən mənə hücum çəkə bilər", - Olqa paylaşımında qeyd edib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.