Dünya

6 qadın və 1 kişi insanların gözü qarşısında şallaqlandı - Səbəb

20 Sentyabr 2019 12:25
2 Şərh     Baxış: 2 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada daha 7 nəfər kütlənin gözü qarşısında şallaqlanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İndoneziyanın Aceh vilayətinin Bande Aceh şəhərindəki məscidin qarşısında baş verib.

Onlar evlənmədən bir-biri ilə cinsi əlaqədə olduqlarına görə şallaqlanıblar. Şallaqlananlardan 6-sı qadın, 1-i isə kişi olub. Onların hər birinə 20 şallaq vurulub.

Onlarla insan mərkəzi meydana yığışaraq cütlüyün cəzalandırıldığı anları mobil telefonla kameraya çəkiblər.

Qeyd edək ki, İndoneziyanın bu şəhərində 2005-ci ildən yüzlərlə insan şallaqlanıb. Burada ailə qurmadan qucaqlaşan, səmimi anlar yaşayan və cinsi əlaqədə olan cütlüklər sərt şəkildə cəzalandırılırlar.

Milli.Az görüntüləri təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.