Dünya

Tramp Meksika ilə sərhəddə tikilən divara imza atdı

19 Sentyabr 2019 17:18
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə tikilməkdə olan divara öz imzasını həkk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp inşaat işləri ilə tanış olmaq üçün sərhədyanı San Dieqo şəhərinə gəlib.

Orada prezident işçilərdən birinin xahişi ilə xüsusi markerlə divara imza atıb. Digər rəsmi şəxslər də daha sonra divara öz imzalarını qoyublar.

ABŞ-Meksika sərhədində qeyri-leqal miqrantların qarşısının alınması üçün ucaldılan divarın hündürlüyü 9 metr təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.