Dünya

İranda yenə zəlzələ oldu

19 Sentyabr 2019 14:10
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətində 4 baldan yuxarı zəlzələlər baş verib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində, Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.