Dünya

Əfqanıstanda güclü partlayış: 7 ÖLÜ, 85 YARALI

19 Sentyabr 2019 08:28
1 Şərh     Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib.

Trend-in "TOLOnews" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kimin tərəfindən yerləşdirildiyi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.