Dünya

Avtomobil "Trump Plaza"ya girdi: xəsarət alan var - FOTO

18 Sentyabr 2019 12:12
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu York ştatında Nyu Roşşel şəhərində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil "Trump Plaza" qülləsinə girib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxsin isə otelin vestibülündə dayanan işçi olduğu bildirilir. Avtomobili idarə edən şəxsin isə hansı xəsarət alması məlum deyil, belə ki, o, hadisə yerini dərhal tərk edib.

Polis hadisənin qəsdən törədilməsi faktını istisna edib, hadisəni adi qəza kimi qiymətləndirib. Bununla belə, qəza ilə bağlı araşdırma başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.