Dünya

Taylandda sel 32 can aldı

15 Sentyabr 2019 17:42
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taylandın şimal-şərqindəki dörd əyalətdə mövsümi leysan yağışları nəticəsində yaranan şiddətli daşqınlar davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, avqustun 29-dan bəri davam edən fəlakət nəticəsində 418 min ailə zərər görüb, 32 nəfərin həyatına isə son qoyulub. Daşqınlar səbəbindən Roy Et, Sisaket, Ubon Ratchathani və Yasotxon əyalətlərinin 24,2 mindən çox sakini təxliyə edilib.

Qeyd edək ki, yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda yağışlar dayandıralacağı halda, bu insanlar 4-5 gündən sonra evə qayıda biləcəklər.

Bildirilir ki, ən çox zərərçəkən Ubon Ratchathani əyaləti sayılır, çünki su axını qonşu vilayətlərdən məhs oraya yönəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.