Dünya

Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"

15 Sentyabr 2019 13:53
3 Şərh     Baxış: 2 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Muratpaşa vilayətində gənc, anasıyla mübahisə edən atasını qətlə yetirib.

Milli.Az "Bizimyol.info"ya istinadən bildirir ki, ailə başçısı Halil İbrahim B. bir tanışı üçün bankdan kredit götürüb. Lakin, sonradan, kreditin ödənilmədiyini görən Hatice, B. Halil İbrahimlə mübahisə etməyə başlayıb.

Halil İbrahim Haticeyə "ödənilməyibsə, ödənilməsin, mən özüm ödəyərəm pulu!" deyərək səsini yüksəldib.

Cütlüyün hadisəyə şahid olan övladı Salih B. atasından anasına qışqırmamasını tələb edib. Bu sözdən sonra Halil Haticeylə yox, Salihlə mübahisə etməyə başlayıb. Söhbətin get-gedə davaya çevrildiyini görən Salih, mətbəxdən iti bıçağı götürərək atasını qətlə yetirib. Halil İbrahim qanlar içində yerə yıxılıb.

Qonşuların şikayətindən sonra hadisə yerinə polis və təcili yardım briqadasının əməkdaşları cəlb olunub. Təcili olaraq xəstəxanaya çatdırılan Halil B.- nin həyatını xilas etmək mümkün olmayıb.

Salih B. polislər tərəfindən saxlanılıb. Salıhın anası Haticeni isə ifadəsini almaq üçün polis bölməsinə aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.