Dünya

Türkiyə Su-35-lər alır? - Nazir açıqladı

15 Sentyabr 2019 13:04
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ehtiyaca uyğun olaraq, hansı müdafiə sənayesi məhsuluna investisiya qoyulacağı və hansı müdafiə sistemindən istifadə ediləcəyi ölkənin qərarıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Rusiyadan Su-35 qırıcılarını alınması ilə bağlı iddialara cavab olaraq deyib. O bildirib ki, Türkiyə nəyə ehtiyacı varsa, o istiqamətdə addımlar atır:

"Əgər ruslarla bu təyyarələrlə bağlı addım atmağımız lazımdırsa, bundan çəkinmərik. Biz ehtiyaclarımız məsələsində ölkəmiz üçün nə lazımdırsa, o istiqamətdə atddımlar atırıq. Bəli, Prezidentlə birlikdə Rusiyada keçirilən aviasiya sərgisində iştirak etdik və bu təyyarələri orada araşdırdıq. Ərdoğan Rusiya təyyarələri ilə yanaşı, Vladimir Putini də Türkiyəyə dəvət etdi. Dediyim kimi, ölkəmizin nəyə ehtiyacı varsa, onu edərik. S-400 havadan müdafiə sistemi də ölkəmiz üçün lazım idi və biz ehtiyacımıza görə bu sistemi aldıq".

Qeyd edək ki, Türkiyədə keçirilən "Texnofest" texnologiya festivalında iştirak üçün Rusiyanın Su-35 təyyarələri də İstanbula gətirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.