Dünya

Siz hələ belə dəqiq qadın sürücüyə rast gəlməmisiniz - VİDEO

15 Sentyabr 2019 10:49
1 Şərh     Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kadrlar az müddət ərzində 10 milyondan çox baxış yığıb

Bu xanım "ən dəqiq və ən ehtiyatlı sürücü" seçilib. Maraqlı hadisə Çinin Şençjen əyalətində yerli sakin tərəfindən qeydə alınıb.

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdə, qadın qırmızı rəngli avtomobili ilə dolmuş avtodayanacaqda dayandığı görülür. Ancaq o, maşınların arasında dar bir boş yeri gözdən keçirərək aşağı enir. Bundan sonra qadın çantasından inşaatda istifadə olunan metri çıxararaq avtomobilin enini ölçür. 

Kadrlar qısa olduğundan qadının bu cəhdi necə başa çatdığı izləyənlər üçün naməlum qalıb.

Sosial mediada yayımlanan video az müddət ərzində 10 milyondan çox baxış yığıb və o, istifadəçilər tərəfindən 1000-dən artıq şərh toplayaraq "ən dəqiq və ən ehtiyatlı sürücü" adını qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.