Dünya

Dronların hücumları Səudiyyə Ərəbistanın neft sənayesinə ciddi ziyan vurub

15 Sentyabr 2019 09:23
1 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkənin neft istehsalı və ixracına ciddi ziyan dəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum səbəbindən neft hasilatı gündə 5 milyon barelə qədər azalıb.

Bu, Səudiyyə Ərəbistanının indiki neft istehsalının yarısını təşkil edir.

Qeyd edək ki, "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları Abkayk və Xurays yataqlarının ərazilərində neft obyektlərinə zərbələr endirən 10 dronun buraxılmasına görə məsuliyyət öz üzərinə götürüb. Nəticədə həmin obyektlərdə yanğın başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.