Dünya

Tramp Usama ben Ladenin oğlunun ölümünü təsdiqlədi

14 Sentyabr 2019 18:27
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp "Əl-Qaidə" terror qruplaşmasının banisi Usama ben Ladenin oğlu Həmzə ben Ladenin Birləşmiş Ştatların keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.

Milli.Az qafqazinfo-a istinadla xəbər verir ki, onun sözlərinə görə, "Əl-Qaidə" qruplaşmasının yüksək vəzifəli üzvü Əfqanıstan və Pakistan regionunda öldürülüb.

"Həmzə ben Ladenin ölümü "Əl-Qaidə" qruplaşmasını vacib lider keyfiyyətlərindən və atası ilə simvolik bağlarından məhrum edəcək və qruplaşmanın mühüm operativ fəaliyyətlərini pozacaq. Həmzə müxtəlif qruplaşmalarla iş və planlaşdırma məsələlərinə cavabdeh idi", - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, Həmzə ben Ladenin ölümü barədə xəbərlər hələ bu ilin yay aylarında yayılsa da, rəsmi Vaşinqton bu məlumatı təsdiq etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.