Dünya

Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürüb qaçdı - FOTO - VİDEO

14 Sentyabr 2019 15:24
1 Şərh     Baxış: 2 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevdə azərbaycanlı ər keçmiş arvadını qətlə yetirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə sentyabrın 13-də baş verib. Azərbaycanlı kişi keçmiş arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Mərhumun nənəsi bildirib ki, cütlük bir neçə il bundan öncə tanış olub, daha sonra ailə qurublar. Onlar altı ay evli olublar. Bundan sonra qadın həyat yoldaşı ilə münasibəti bitirməyə qərar verib. Kişi buna qarşı çıxaraq, onu təqib etməyə başlayıb.

Qonşuların verdiyi məlumata görə isə hadisə baş verən gün kişi evə qayıdan qadının arxasınca gəlib. Onu eyvanda tutaraq sinəsindən bıçaqla xəsarətlər yetirib.

Qeyd edilir ki, qonşular və mərhumun ailəsi səs-küyə çıxsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.