Dünya

Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO

14 Sentyabr 2019 13:06
0 Şərh     Baxış: 2 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 sentyabr hadisələrinin 18-ci ildönümündə dünyaya gələn qız hər kəsi təəccübləndirib.

Milli.Az CNN-ə istinadla xəbər verir ki, sentyabr ayının 11-də saat axşam saat 10-a 11 dəqiqə işləmiş (9:11 pm) dünyaya gələn körpə hər kəsin marağına səbəb olub.

Qəribəsi isə odur ki, həmin gündə, həmin saatda dünyaya gələn qızın çəkisində də 9/11 rəqəmləri var. Christina Malone-Brown adı verilən körpə doğulan zaman 9 fund 11 unsiya olub.

Maraqlı olay ABŞ-ın Tenessi ştatındakı doğum evlərinin birində yaşanıb.

Milli.Az Kristinanın fotolarını və doğum haqqında sənədi təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.