Dünya

Tramp: "Misir prezidenti mənim sevimli diktatorumdur"

14 Sentyabr 2019 11:45
1 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.

Misir prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.

Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.

Mİlli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.