Dünya

Putin Ankarada Ərdoğan və Ruhani ilə görüşəcək

13 Sentyabr 2019 21:40
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ankaraya səfəri çərçivəsində Türkiyə və iranlı həmkarları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Bilirsiniz, bazar ertəsi Suriya münaqişəsinin nizamlanması üzrə Astana prosesinin təminatçılarının üçtərəfli görüşü planlaşdırılıb. Bu görüş Ankarada olacaq, prezident də ora gedəcək. Əlbəttə ki, Ərdoğan və Ruhani ilə ikitərəfli görüşlər də olacaq", - deyə Peskov bildirib.

Ərdoğan administrasiyasından verilən məlumata görə, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması üzrə sammiti sentyabrın 16-da Ankaradakı tarixi Çankaya köşkündə keçiriləcək. Daha əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirmişdi ki, prezidentlərin zirvə görüşündə İdlibdəki vəziyyət və Suriya Konstitusiya Komitəsinin formalaşdırılması müzakirə ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.