Dünya

Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı - FOTO

13 Sentyabr 2019 20:01
0 Şərh     Baxış: 4 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mozambikin Nampula bölgəsində hakim "Qurtuluş Cəbhəsi" partiyasının təşkil etdiyi mitinq zamanı dəhşətli faciə baş verib.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, stadionda təşkil olunan mitinq zamanı izdiham olub. Nəticədə azı 10 nəfər həyatını itirib. 100-ə qədər yaralı var. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, siyasətçilərin çıxışından sonra mitinq iştirakçılarının bir çıxışa yönəlməsi izdihama səbəb olub. İnsanlar bir-birlərini tapdalayıb.

Qeyd edək ki, Mozambikdə prezident seçkiləri kampaniyası çərçivəsində partiyalar müxtəlif bölgələrdə mitinqlər təşkil edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.