Dünya

İngiltərənin Hitrou hava limanında aksiya: 2 etirazçı həbs olunub

13 Sentyabr 2019 20:04
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqlim dəyişikliyi ilə əlaqədar İngiltərənin Hitrou hava limanında aksiya keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hava limanında uçuşlara maneə olmaq üçün dronlar havaya buraxılıb. Nəticədə 2 etirazçı həbs olunub.

Etirazçılar dünyanın 7-ci ən işlək hava limanında 3-cü uçuş-enmə zolağının yaradılmasına qarşıdırlar.

Mitinq iştirakçılarının məqsədi hökumətin karbon tullantılarının azaldılması üçün sərt tədbirlər görməsidir.

Polis tərəfindən etirazçılara sərnişinlərin həyatı üçün təhlükə yarandığı təqdirdə ömürlük həbs cəzası verilə biləcəyi barədə xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.