Dünya

Mun Tramp ilə görüşməyi planlaşdırır

13 Sentyabr 2019 08:56
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Respublikasının Prezidenti Mun Jae-in sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Donald Tramp ilə görüş keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə cümə günü Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Koh Min Jung açıqlama verib: "Razılaşma mövcuddur ki, ikitərəfli görüş sentyabrın 22-də və 26-da Baş Assambleyada keçirilsin".

Qeyd edək ki, Cənubi Koreya Prezidenti sentyabrın 24-də BMT-in sessiyasında çıxış etməyi planlaşdırır. Bundan əlavə, onun BMT-in baş katibi olan Antoniu Quterreş və digər ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.