Dünya

6 avtomobil toqquşdu, biri aşdı - 7 ÖLÜ

13 Sentyabr 2019 08:40
0 Şərh     Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətin Miyana rayonunda iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktı İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ramazan Allahverdian təsdiqləyib.

R.Allahverdianın sözlərinə görə, hadisə nəticəsində 2 sərnişin həlak olub, 5 nəfər yaralanıb.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Xaş yolunda isə avtobusun "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncuda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

İranın Mərkəzi vilayətində də qəza baş verib. "Samand" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

İlam vilayətində isə "Peugeot Pars" avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.