Dünya

Ağır qəzada 3 nəfər diri-diri yandı

11 Sentyabr 2019 11:48
1 Şərh     Baxış: 3 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.

M.Cəlilin sözlərinə görə, "Peugeot 206" avtomobilinin "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.