Dünya

İsrail İranla bağlı dünyada bomba effekti yaradacaq görüntülər tapdı - VİDEO

10 Sentyabr 2019 16:03
6 Şərh     Baxış: 1 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın nüvə proqramına aid gizli bölgələr İsrail tərəfindən kəşf edilib.

Milli.Az xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.

Netanyahu Abadeh şəhərində bir nüvə mərkəzində nüvə silahının hazırlandığını və İsrail tərəfindən kəşf edilməsindən sonra İranın mərkəzi məhv etməyə qərar verdiyini söyləyib.

Mərkəzin peykdən çəkilən fotolarını paylaşan baş nazir İsrail kəşfiyyatı tərəfindən aşkar edilən on minlərlə səhifəlik nüvə arxivinin əllərində olduğunu deyib. Onun sözlərinə görə, keçən il İranın gizli nüvə proqramı üçün materiallar və avadanlıqların saxlanıldığı Turquzabaddakı nüvə anbarı da İsrail tərəfindən aşkar edilib.

Beynəlxalq ictimaiyyəti İranla bağlı xəbərdar edən Netanyahu İrana daha çox təzyiq göstərmək üçün onları ABŞ-a qoşulmağa çağırıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.