Dünya

İrandan XƏBƏRDARLIQ - Bu ölkəyə səfər edənləri 3 il həbs gözləyir

9 Sentyabr 2019 20:54
0 Şərh     Baxış: 2 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran vətəndaşları qanunsuz şəkildə İraqa səfər edərlərsə, onları 3 illik həbs cəzası gözləyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın ədliyyə nazirinin müavini Mahmud Abbasi deyib.

M.Abbasinin sözlərinə görə, İran vətəndaşları İraq qanunlarına hörmətlə yanaşmalı və qanunsuz şəkildə İraqa səfər etməməlidirlər.

Nazir müavini əlavə edib ki, iranlılar viza almadan İraqa səfər edə bilərlər və sadəcə onların pasportlarına giriş möhürü vurulmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.