Dünya

Kəşmirdə güclü zəlzələ oldu

9 Sentyabr 2019 16:45
0 Şərh     Baxış: 518

Kəşmirdə güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi təkanların 4,9 bal gücündə olması barədə xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri yerin 30 kilometr dərinliyində, Hindistanın Patxankot şəhərindən 88 kilometr məsafədə olub.

Zəlzələ Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimalında bir sıra şəhərlərdə hiss olunub.

Hadisə nəticəsində dağıntılar və insan tələfatı barədə hələlik məlumat verilmir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.