Dünya

Ərdoğan: "Sentyabr ayının sonuna qədər..."

9 Sentyabr 2019 08:19
0 Şərh     Baxış: 3 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyat başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə ilə ABŞ təhlükəsizlik zonası yaratmağı müzakirə etməyə davam edir, lakin hər mərhələdə Türkiyə ilə ABŞ-ın hədəflərinin fərqli olduğu aydın olur.

Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.