Dünya

Gürcüstanda parlamentin qarşısına qoyunlar gətirilib - Yeni baş nazirə etiraz

8 Sentyabr 2019 17:50
0 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın "Ayıbdır" hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında "utanc dəhliz"i yaradıblar.

Məlumatda bildirilir ki, iştirakçılar G. Qaxariyanın ölkənin baş naziri təyin olunmasına etiraz olaraq, bir neçə qoyunu parlamentin qarşısına gətiriblər.

"Qoyunların" bir hissəsi parlamentin içərisindədir. Səsvermədə yalnız qoyunlar sifariş alıb, səs düyməsinə vura bilər", - deyə hərəkat lideri Gigi Makaraşvili şərh edib.

Qeyd edilir ki, parlamentin plenar iclası keçirilir. Toplantıda G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.